Nar mobile-ın baş sponsorluğu, «ulduz» prodakşnın, Mədəniyyət və Turizm Nazirliyinin təskilatı dəstəyi ilə nəzərdə tutulan «Doğma diyar» layihəsinin növbəti konserti ölkəmizin gözəl diyari Mingəcevirin ən böyük meydanında baş tutdu. Təxminən 21: 00 da baslayan konsertə adəti olaraq aparıcıların təqdimatı ilə Zamiq cıxdı. Səhnədə olduğu 1 saata yaxın müddətdə ən sevilən hitlərini məhz mingəcevirlilər üçün oxudu. Bunun ardınca sürəkli alqışlarla səhnəyə Röya cıxdı. Hər kəsin hədiyyə, çiçək və alqış yağışına tutduğu müğənni 12 mindən artıq tamaşaçıya unudulmaz anlar bəxş etdi. Konsert Röya ve Zamiqin dueti ilə başa çatdi.
Mingəçevir şəhər icra basçısı Mübariz Ağayev və digər mötəbər qonaqların da izləməyə gəldiyi konsert son illərdə Mingəçevirdə baş tutan ən böyük və ən izdihamlı layihə idi.
Onu da xatıradaq ki, müğənnilərin «Doğma diyar» layihəsi çərcivəsində növbəti konsert iyul ayının 29-u Zaqatalada baş tutacaq.
baku-art.az































