Mircəfər Bağırova həsr olunmuş kitab

Yaxım günlərdə tarixçi, tədqiqatçı Adıgözəl Məmmədovun Mircəfər Bağırova həsr olunmuş yeni kitabı nəşr olunacaq.

Qeyd edək ki, bu müəllifin Azərbaycan KP MK-nın 1-ci katibi Mircəfər Bağırov haqqında yazdığı ikinci kitabdır. Müəllifin sözlərinə görə, M.Bağırovun həyat və yaradıcılığını araşdıran zaman o yeni, ictimaiyyətə məlum olmayan faktlara rast gəlib.

"Məxfi sirlər" adlanan kitabda yeni arxiv materiallar toplanıb.

Toplu L-Alyans nəşriyyatında 5 min tirajla çap olunacaq. Nəşrin redaktoru ədəbiyyat arxivinin direktoru Maarif Teymurdur.

baku-art.az