Kino Günü ilə əlaqədar tədbir

Bildiyimiz kimi 2 avqust - Azərbaycan Kinosu Günüdür. Bununla əlaqədar olaraq tanınmış kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadənin Dövlət Film Fondunun dəstəyi ilə işıq üzü görmüş "Azərbaycan kinematoqrafları" kitabının təqdimatı olub.

Təqdimat mərasimində çıxış edənlər geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın kino mütəxəssisləri və tələbələr üçün də dəyərli vəsait olduğunu xüsusi vurğulayıblar. Bu seriyadan ilk kitabın 2002-ci ildə çapdan çıxdığını xatırladan tədbir iştirakçıları yaxın gələcəkdə nəşrin növbəti cildlərinin hazırlanmasının nəzərdə tutulduğunu söyləyiblər.

2 avqust - Azərbaycan Kinosu Günü ilə bağlı Dövlət Film Fondu tərəfindən növbəti tədbir iyulun 29-da Muzey Mərkəzində təşkil olunacaq. Burada Azərbaycan kino-plakatının sərgisi açılacaq.

baku-art.az