Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində A.T. Tvardoviskinin 100 illiyinə həsr olunmuş gecə reallaşıb. Tədbirdə şairlər, yazıçılar, ədəbiyyatşünaslar, Azərbaycan cəmiyyətinin gənc nümayəndələri iştirak ediblər. Filologiya elmlər doktoru, Bakı Slavyan Universitetinin professoru Zemfira Vəliyeva "A.T. Tvardoviskinin həyat və yaradıcılıq yolu" adlı mühazirə ilə çıxış etdi. BSU-nun dosenti Antonina Tretyakova sovet dövründə ictimaiyyət və ədəbiyyat cəbhəsində önəmli fiqur sayılan A.T. Tvardoviskinin həyatı ilə bağlı maraqlı faktlar barədə danışdı.
Daha sonra Bakı məktəblərinin yuxarı sinif şagirdlərinin ifasında Tvardovskinin müxtəlif illərdə yazdığı şerlərdən hazırlanmış ədəbi-musiqili kompozisiya səsləndirilib.
baku-art.az































