AMEA-nın Tarix İnstitutunda "Borçalı tarixi" şöbəsi yaradılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda səfərdə olan Gürcüstanda yaşayan azərbaycanlı tələbə və gənclər təşkilatlarının nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovla görüşüblər. Bu barədə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev məlumat verib. Onun sözlərinə görə, tarixçi alim gürcüstanlı gənc tələbə və gənclər təşkilatlarının nümayəndələrinə Azərbaycanın dünyanın ən qədim ölkəsi olduğunu deyib. Görüş zamanı gürcüstanlı gənclər "Gürcüstan tarixi" dərsliyində Azərbaycanla bağlı tarixi faktların səhv verildiyini vurğulayıblar. C. Bəhramov bu faktların araşdırılmamasına görə, Gürcüstanda yaşayan azərbaycanlı ziyalılara da öz iradını bildirib: "Tariximizi birgə araşdırmalıyıq.

İndi Borçalı tarixini tarixçi alim Kərəm Məmmədov işləyir. Tarix İnstitutunda "Borçalı tarixi" şöbəsi açılıb. Biz bu diyarın tarixinin araşdırılması ilə məşğul olacağıq ".

baku-art.az