“Onun ürəyi”  filminin çəkilişləri  davam edir

Filmin çəkiliş qrupu bu yaxınlarda İsmayıllıdan qayıdıb. Bəzi səhnələrinin çəkilişi üçün İsmayıllını məkan seçən yaradıcı heyət iş prosesindən məmnun qalıb. Hazırda Bakıda davam edən filmin çəkilişləri avqust ayının sonunda yekunlaşacaq. Filmdə istifadə olunacaq musiqilər artıq hazırdır. Film dekabr ayında tamaşaçıların ixtiyarına veriləcək.

Ssenari müəllifi və rejissoru Samir Kərimoğlu olan “Onun ürəyi” filmi nağıl-müzikl janrındadır. 25 dəqiqəlik film xeyirlə şərin mübarizəsindən bəhs edir.

Filmin bəstəkarı Vüqar Camalzadə, operatoru Nadir Mehdiyev, qrafisti Tural Səfərovdur. Filmdə baş rolları Murad Abdullayev (Qədran), Aysel İbrahimova (Pəri) ifa edirlər.

Qeyd edək ki, “Onun ürəyi” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyası və “AGP” prodakşının birgə istehsalı olacaq.

Məlumat üçün bildirək ki, sayca dördüncü ekran əsərinə imza atan rejissor Samir Kərimoğlu bu vaxta qədər “Sirat körpüsü”, “Qanadlarıma sığal çək”, “Niyyət” filmlərini ekranlaşdırıb.

Sevinc İsmayıl