Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə nüfuzlu beynəlxalq festivalda iştirk edib. Bu, onların Avropa turnesi çərçivəsində baş tutub.
F.Qasımova İspaniya, Fransa və Böyük Britaniyada festivallarda iştirak etdiklərini bildirib: "İspaniyada "Ruhi səslər" və "Dəniz və səs" beynəlxalq festifallarında iştirak etdik. Oradan Liona yollandıq və burada sayca 65-ci dəfə keçirilən festivala qatıldıq. Sonda isə Londonda "Dünya, musiqi və rəqslər" adlı festivalda iştirak etdik. O, ənənəvi olaraq, dünyanın bir neçə şəhərində eyni vaxtda keçirilir".
Qeyd edək ki, İspaniya və Fransada Qasımovları Amerikanın «Kronus» musiqi kvarteti müşayiət edib.
baku-art.az































