Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı qurbanlarının kütləvi məzarlığında Quba Soyqırımı Memorial Kompleksinin təməlinin qoyulmasına başlanılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba soyqırımı ekspediyasının rəhbəri Qəhrəman Ağayev bildirib ki, bünövrənin qoyulmasına təxminən 10-15 gün əvvəl başlanılıb. Kompleksin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Q. Ağayev deyib ki, kompleks geniş sahəni əhatə edəcək. Ekspedisiya rəhbərinin sözlərinə görə, məzarlığın yaxınlığından keçən Qudyalçayın məcrasını dəyişmək lazımdır. Bununla əlaqədar "Azərkörpü" Səhmdar Cəmiyyəti artıq bir aya yaxındır ki, yeni bəndin tikintisini həyata keçirir.
baku-art.az































