Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyəti yeni layihə üzərində işləyir. Birliyin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlunun verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə həyata keçirilən bu layihə üzrə dünyasını dəyişmiş 100-dən çox aşığa həsr olunmuş fotoalbom nəşr ediləcək. XX əsrin əvvəllərindən başlayaraq qurultaylarda və aşıqların iştirak etdikləri müxtəlif dövlət tədbirlərində çəkilmiş Azərbaycan aşıqlarının fotoşəkilləri də kitabda əksini tapacaq. Fotoalbomun bu ilin sentyabrında nəşr olunacağı planlaşdırılır.
baku-art.az































