Mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi, beynəlxalq müsabiqələrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması və estrada mahnı janrının inkişafını rəhbər tutaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalının seçim turuna start verildi.
Festivalda 18 yaşından yuxarı hər bir professional mahnı ifaçısı iştirak edə bilər. Üç konsert proqramından təşkil olunacaq və Gənc Tamaşaçılar Teatrında keçirələcək ilkin mərhələdə təqdim olunan mahnılar Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – 24 dekabr 2010-cu il tarixində Heydər Əliyev sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə istirak edən müğənnilər “Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı” adina layiq görülürlər.
Qeyd edək ki, “Bakı Gecələri” Estrada Mahnı Festivalının qalibi 2008-ci ildə Cəlal Abbasov, 2009-cu ildə isə Murad Arifin “Sevdiyini söylə”mahnısı ilə Natəvan Həbibi və İntizar Məmmədov dueti olmuşdur.
Artıq 2010-cu ildə yazılmış mahnıların seçiminə başlanılmışdır.Təşkilat Komitəsi tərəfindən mahnılar toplanıb, konsert proqramlarına daxil edilir. Hər bir bəstəkar və ya müğənni 2010-cu ildə ərsəyə gələn əsəri Təşkilat Komitəsinə təqdim edə bilərlər.
“Bakı Gecələri-2010” Estrada Mahnı Festivalının rejissoru Nail Naiboğlu, produseri isə Pərviz Oqtayoğludur.
Əlaqə üçün;
Tel: (055)340-21-21
(051)835-02-11































