Professor Telman Cəfərova rus ədəbiyyatının ən yaxşı tərcüməsinə görə mükafat təqdim olunub

Professor Telman Cəfərova iyul ayının 1-də rus ədəbiyyatının ən yaxşı tərcüməsi üçün mükafat təqdim olunub. Sankt-Peterburqda Rus Ədəbiyyatı İnstitutunda ilk dəfədir ki, rus ədəbiyyatından olan əsərlərin dünya dillərinə ən yaxşı tərcüməsinə görə mükafatlar təqdim olunur. Bu müsabiqə Rus Ədəbiyyatını Dünya Dillərinə Tərcüməçilərinin Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.

Münsiflər heyətinin qərarı ilə «Nəsr: bu ölkənin tarixində rus ədəbiyyatının məşhur əsərinin ilk tərcüməsi» nominasiyasında mükafata Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru, qədim rus ədəbiyyatı üzrə mütəxəssis Telman Cəfərov layiq görülüb. O, Azərbaycanda ilk dəfədir ki, F. Dostoyevskinin «Karamazov qardaşları» romanını Azərbaycan dilinə tam tərcümə edib.

baku-art.az