Xalq şairi Qabilin arxivindəki şəxsi fondu zənginləşdirilmişdir

Xalq şairi, Dövlət mükafatı laureatı Qabilin Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki şəxsi fondu xeyli zənginləşdirilmişdir. Arxivdən verilən məlumata görə, şairin varisi Mahir İmamverdiyev bu günlərdə Qabilə aid 500-dən çox yeni sənədi buraya təqdim etmişdir. Həmin sənədlər arasında "Nəsimi" poemasının, ömrünün axırlarına yaxın yazdığı çoxsaylı şeirlərin əlyazması xüsusi əhəmiyyətlidir.

baku-art.az