Azərbaycan musiqi səhnəsinin populyar müğənniləri Röya Ayxan və Zamiq Hüseynov “Nar Mobile” ın dəstəyi ilə yeni “Doğma Diyar” kampaniyasını təqdim ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, 1 iyulda start götürən bu kampaniya Azərbaycanın 15 bölgəsini əhatə edərək möhtəşəm konsert turnesi proqramı ilə davam edəcək.
Röya və Zamiq geniş xalq konsertləri ilə təkcə paytaxt əhalisini deyil, eləcə də əyalətdəki pərəstişkarlarını sevindirmək arzusundadırlar. Konsert boyunca sənətçiləri “Nero” şou-balet qrupu müşayiət edəcək. Qrup geniş və rəngarəng rəqs və səhnə şouları ilə maraqlı repertuar vəd edirlər.
“Doğma Diyar” kampaniyasının təşkilatçıları arasında həmçinin, “Ulduz prodakşn” və Mədəniyyət və Turizm Nazirliyi yer alır. Belə ki, təşkilatçılar müğənnilər üçün beynəlxalq standartlara uyğun səyyar qrim otağı, səyyar səhnə, işıq, səs və s. avadanlıqlarla təşkil edirlər. Konserti yüksək səviyyədə işıqlandırmaq üçün “Lider” telekanalı eksklüziv informasiya dəstəyi verir.
baku-art.az































