Bu yaxınlarda yardım.az portalının dəstəyi ilə “Sosial məsuliyyət və SƏN” adlı müsabiqə çərçivəsində “Ağacları qoruyun!” adlı sosial reklam çarxı hazırlanıb.
Biz çox zaman kağızları təkrar-təkrar çapa verərkən düşünmürük ki, hər çapa gedən kağız bir ağac parçasıdır. Və bu ağac parçasını israf edərkən ətraf mühitə ziyan vururuq.
Bu sosial çarx insanların hər birini sənədləri yazarkən onları, çapa vermədən öncə diqqətlə mətnləri yoxlamağa çağır. Hər buraxılmış səhv yeni kağız, bu isə bir parça ağac deməkdir.
Sevinc İsmayıl































