"Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" adlı beynəlxalq elmi konfrans

İyunun 29-da Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" adlı beynəlxalq elmi konfrans öz işinə başladı. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" (Bakı forumu) beynəlxalq elmi konfransının açılışında bildirb ki, XXI əsr şəraitində bu konfransın keçirilməsi çox aktualdır, belə ki, bir çox mürəkkəb humanitar, sosial, mədəni-əxlaqi, iqtisadi problemlərin həllinə ümumi yanaşma tələb olunur. Hazırkı ikigünlük konfrans 2009-cu il iyunun 15-16-da Heydər Əliyev Fondunun Moskva rəhbərliyi və Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun səyləri və dəstəyi altında Moskvada keçirilmiş "Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri" (ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş) beynəlxalq konfransının davamı hesab olunur.

baku-art.az