ADU- da İndoneziya Mərkəzi açıldı

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə Əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovadan aldığımız məlumata görə, iyunun 29-da Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Mərkəzinin açılış mərasimi keçirildi.

İndoneziyanın İranda və Azərbaycanda akkreditasiya olunmuş səfiri İvan H. S. Viranata Atmadjanın da iştirak etdiyi açılış mərasimində açılış rəmzi olan qırmızı lent kəsildikdən sonra universitet tələbələrinin ifasında İndoneziyanın və Azərbaycanın Dövlət Himnləri oxundu. Mərasimi giriş sözü ilə açan ADU-nun rektoru, professor Səməd Seyidov bu gün dünyanın ən böyük dövlətlərindən birinin mərkəzinin ADU- da açılmasından məmnunluğunu dilə gətirdi: “Əmin olmaq istəyirəm ki, Azərbaycanda İndoneziya Mərkəzinin açılması iki ölkənin hökuməti və xalqı arasında siyasi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir”.

Sonra çıxış edən İndoneziyanın İranda və Azərbaycanda akkreditasiya olunmuş səfiri İvan H. S. Viranata Atmadjan sevinc içərisində olduğunu qeyd etdi.

İndoneziya Mərkəzinin açılmasında böyük xidmətləri olan ADU-nun professoru Həbib Zərbəliyevə təşəkkürünü bildirdi və onun fəaliyyətinin hər bir tələbəyə örnək olduğunu bildirdi.
Çıxışından sonra səfir İndoneziya prezidentinin 2009-cu il 15 avqust tarixli sərəncamı ilə İndoneziya mədəniyyətinin təbliği, Azərbaycanda İndoneziya dili və ədəbiyyatının tədrisi, tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlərə görə təltif etdiyi "Xidmətlərinə görə I dərəcəli Şərəf ordeni"ni H. Zərbəliyevə təqdim etdi.

Sevinc İsmayıl

ADU- da İndoneziya Mərkəzi açıldı

ADU- da İndoneziya Mərkəzi açıldı

ADU- da İndoneziya Mərkəzi açıldı

ADU- da İndoneziya Mərkəzi açıldı