az
Bütün xəbərlər

"Azərbaycan xalçası" filmi beynəlxalq kinofestivalda

22-06-2010, 11:55
"Azərbaycan xalçası" filmi beynəlxalq kinofestivalda


İyunun 22-dən 26-dək Sardiniyada (İtaliya) V Beynəlxalq Qısametrajlı Filmlər Festivalı keçiriləcək. Azərbaycanlı rejissor Şamil Əliyevin "Azərbaycan xalçası" filmi festivalın müsabiqə proqramına daxil edilib. Ekran əsərində Azərbaycan xalçalarının tarixindən bəhs olunur. Filmin rejissoru Şamil Əliyev, ssenari müəllifi Aydın Talıbzadədir. "Azərbaycan xalçası" filmi "Bakı-İslam mədəniyyətinin paytaxtı - 2009" layihəsinə hazırlıq proqramı çərçivəsində istehsal olunub və ilin təntənəli açılışı ərəfəsində tamaşaçılara təqdim edilib. Film ənənəvi Kann Beynəlxalq kinofestivalının qısametrajlı filmlər müsabiqəsində nümayiş olunub. Moskvada keçirilən "Etnoqrafik kino günləri" festivalında "Maddi mədəniyyətin ən yaxşı obrazı" diplomuna layiq görülən bu sənədli film Ukraynanın Xarkov vilayətində keçirilən "Xarkov yasəməni" adlı Beynəlxalq qısametrajlı filmlər festivalında da nümayiş olunub.

baku-art.az
Oxunma sayı :