Kiçik həcmli pyeslər müsabiqəsi

Müsabiqənin məqsədi

- Müsabiqə xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin inkişafı, istedadlı ədiblərin daha səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq, gənc yazıçıların bədii keyfiyyətə malik ədəbi əsərlərini dəyərləndirmək, təbliğ etmək məqsədi daşıyır.

Müsabiqənin təşkilatçıları

- Müsabiqə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilir.

Müsabiqənin müddəti

- Əsərlər Azərbaycan və ya rus dillərində 1 oktyabr 2010-cu il tarixinədək qəbul edilir.

Müsabiqənin şərtləri

- Müsabiqəyə 25.000 (iyirmi beş min) işarədən artıq olmayan 1 pərdəli pyes və hekayələr qəbul olunur.
- Əsər əvvəllər heç bir mətbu orqanında nəşr edilməməlidir.
- Müəllif foto şəklini və özü haqqında məlumatı materiala əlavə etməlidir.
- Pyeslər Bakı şəhəri M.Ş.Vazeh küç., 4 və ya elektron variantda editor@baku-art.com ünvanında qəbul edilir.
- Seçmə turundan keçən materiallar www.baku-art.az saytında dərc ediləcək.
- Qaliblər nüfuzlu münsiflər heyəti tərəfindən bir ay ərzində 1 noyabradək müəyyən ediləcəkdir.
- Ən yaxşı əsərlər kiçik həcmli pyeslər toplusunda yer alacaq və bu topludan seçilmiş əsərlər xalq teatrları və dram dərnəkləri tərəfindən səhnələşdiriləcəkdir.

Münsiflər heyəti

Əli Əmirli – Yazıçı-dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Dosenti;
Aydın Talıbzadə - Teatrşünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Dosenti;
Atababa Hacıbabayev – Yazıçı-publisist, Əməkdar Mədəniyyət İşçisi;
Rəhman Əlizadə - Yazıçı-dramaturq, A.Şaiq adına Dövlət Kukla Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi;
Azad Şükürov - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Dosenti, Əməkdar Artist.

Mükafatlar

Birinci yer - 1-ci dərəcəli diplom və 500 manat;
İkinci yer - 2-ci dərəcəli diplom və 300 manat;
Üçüncü yer - 3-cü dərəcəli diplom və 200 manat;
Üç həvəsləndirici hədiyyə.
Mükafatların təqdimat mərasimi dekabr ayının əvvəlində keçiriləcəkdir.

Maliyyələşdirmə

- Bütün xərclər tərtib edilmiş smetaya uyğun olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təmin edilir.
- Dövlət təşkilatları, ictimai və özəl təşkilatlar (birliklər) müsabiqənin qalibləri üçün öz xüsusi mükafat və prizlərini təsis edə bilərlər.

Əlavə məlumat almaq üçün müraciət edə bilərsiniz:

Tel.: 497-03-55
E-mail: editor@baku-art.com
www.baku-art.az

baku-art.az