1 iyun 2010-cu il tarixində “Yaşıl Teatr” Bakı Konsert Kompleksində “Uşaqların Beynəlxalq Müdafiə Günü”nə həsr olunmuş “Uşaqların Musiqi Dünyası” adlı Uşaq Musiqi və İncəsənət məktəbləri şagirdlərinin II Bakı Festivalının final konserti təqdim olundu. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi festival istedadlı uşaqların yaradıcılıq potensialının dəstəklənməsi və inkişaf etdirilməsi, uşaq estrada yaradıcılığının inkişafına dəstək göstərilməsi, uşaqlar arasında bədii ünsiyyətin yaradılması və yeni istedadların aşkar edilməsi məqsədini daşıyırdı.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş II Bakı Festivalının final konsertində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi və incəsənət məktəblərinin şagird və müəllim kollektivləri çıxış etdi.
baku-art.az































