Mədəniyyət müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin inkişafı, mədəni-maarif müəssisələrinin işinin daha da mükəmməlləşdirilməsi, Azərbaycan milli musiqisinin, folklor və rəqs janrının inkişafı məqsədi ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi “28 may - Respublika günü”nə həsr olunmuş Bakı Şəhər Bədii Özfəaliyyət Kollektivlərinin Festivalını təşkil edir. Festivalda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin bədii özfəaliyyət kollektivləri iştirak edirlər.
Bütün nominasiyalar üzrə kollektivlərin çıxışlarını qiymətləndirmək və verilmiş balları ümumiləşdirib qalibləri müəyyən etmək üçün 6 nəfərdən ibarət münsiflər heyəti Festivalın gedişini izləyəcəkdir.
Festivalda qalib gəlmiş kollektivlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılır.
Festivalın təqdimat mərasimi 25 may, saat 18.00-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcəkdir.
baku-art.az































