az
Bütün xəbərlər

Niyazi Bədəlovun 100 illik yubileyi keçiriləcək

10-07-2009, 12:35
Niyazi Bədəlovun 100 illik yubileyi keçiriləcək


Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə iyulun sonlarında Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlovun 100 illik yubileyinin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, tanınmış azərbaycanlı rejissor dünyaca məşhur Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. Rejissor Azərbaycan kinosuna “Övladlarım”, “Xəzərin üzərindən körpü”, “Azərbaycan aşıqları”, “Onun adı Serafino idi” və bir çox başqa filmləri bəxş edib. O, 1936-cı ildə ilk, 1988-ci ildə isə son filmini çəkib.

baku-art.az
Oxunma sayı :