Festival Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirildi və xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, əhalinin teatr sənətinə marağını artırmağı təmin etmək məqsədi daşıyırdı.
Festivalda Bakı şəhərinin mədəniyyət müəssisələrində fəaliyyət göstərən bütün xalq teatrları və dram kollektivləri iştirak etdi.
Bakı Şəhər Xalq Teatrlarının Festivalının Münsiflər heyətinin tərkibinə:
- Könül Axundova –Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, səhnə danışığı kafedrasının müəllimi;
- Atababa Hacıbabayev – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi;
- Loğman Kərimov – Şuşa Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi;
- Azad Şükürov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti;
- Aydın Əzimov – Bakı Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin dosenti daxil idi.
Festivalda iştirak edən bütün kollektivlərə Fəxri Fərman verildi.
Qalib gəlmiş kollektivlər Xalq teatrlarının Ümumrespublika Baxış - Müsabiqəsinə vəsiqə qazanır.
I yer - I dərəcəli diplom və mükafat.
II yer - II dərəcəli diplom və mükafat.
III yer - III dərəcəli diplom və mükafat.
Ən yaxşı rejissor işi - diplom və mükafat.
Ən yaxşı musiqi tərtibatı - diplom və mükafat.
Ən yaxşı qadın rolu ifaçısı - diplom və mükafat.
Ən yaxşı kişi rolu ifaçısı - diplom və mükafat.
Bakı Şəhər Xalq Teatrları Festivalı qaliblərinin təqdimat mərasimi 9 aprel 2010-cu il Azərbaycan Teatr Xadimləri İttifaqının binasında keçirildi. Birinci yerə Nizami adına Mədəniyyət Mərkəzinin “Mərdəkan” xalq teatrı, ikinci yerə İ. Əbilov adına Mədəniyyət Mərkəzinin “Axın” teatrı, üçüncü yerə isə M.Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət Evinin Kukla Teatrı layiq görüldü.
baku-art.az































