
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi may və iyun ayı ərzində “Yaşıl Teatr” Bakı Konsert Kompleksində 28 May Respublika gününə həsr edilmiş “Yaz Axşamları” adlı silsilə konsert proqramlarını təşkil edir. Həftənin cümə günləri keçiriləcək proqramlarda solo və bayram konsertlərinin keçirilməsi nəzərdə tutulur. Layihəni, Azərbaycan televiziya məkanında mədəniyyət və incəsənətin inkişafına daim dəstək olan və efirində bu sahəyə lazımi qədər yer ayıran İctimai Televiziya və Radio Yayımları Şirkəti işıqlandıracaq.
baku-art.az































