R.Behbudov adına Mahnı Teatrında C.Cabbarlının ev-muzeyinin layihəsi əsasında “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin iştirakı və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı Mükafatı”nın təqdimetmə mərasimi keçiriləcək. Mükafat böyük yazıçının yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim olunacaq. Mükafat 15-20 nominasiya üzrə müəyyənləşdirilmişdir:
- C.Cabbarlı əsərlərinin və ya başqa müəlliflərin ən yaxşı səhnə təcəssümünə;
- C.Cabbarlı əsərlərinin və ya başqa müəlliflərin ən yaxşı rejissor yozumuna;
- Qadın və kişi rolunun ən yaxşı ifasına (teatr və kino sahəsində);
- Ən yaxşı müsbət və mənfi obrazın ifasına görə;
- C.Cabbarlı haqqında yazılmış ən yaxşı tədqiqat əsərlərinə görə;
- Ən yaxşı pyesə;
- Ən yaxşı nəsr əsərinə;
- Ən yaxşı şeirlər kitabına görə;
- C.Cabbarlının şeirinə bəstələnmiş musiqi əsərinə görə.
“Cəfər Cabbarlı Mükafatı”nın təqdimatı respublikamızda fəaliyyət göstərən yaradıcı insanlara böyük hədiyyə, eyni zamanda mədəni həyatımızın canlanmasında mühüm rol oynayacaq.
baku-art.az































