M.Qorki adına MSKF-də, 2009-cu ilin Azərbaycanda “Uşaq İli” elan edilməsi ilə əlaqədar Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən kitabxanalarda ən fəal oxucuların müəyyən olunması məqsədilə “Kitabla dost ol, ən fəal oxucu ol! “ müsabiqəsi keçirildi.
Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.
Qeyd edək ki, bu müsabiqənin keçirilməsində başlıca məqsəd kitaba, mütaliəyə, kitabxanalara marağı artırmaq, uşaqların şəxsiyyət kimi formalaşmasında kitabın, kitabxanaların nə qədər əhəmiyyətli rol oynadığını bir daha diqqətə çatdırmaqdır. Gələcəyimiz savadlı gənclərdən asılıdır. Bu işdə mütaliənin, kitabın rolu isə əvəzedilməzdir.
baku-art.az































