az
Bütün xəbərlər

Milli mətbəximizi unutmayaq

11-04-2019, 16:34
Milli  mətbəximizi  unutmayaq


Azərbaycan milli mətbəxi Azərbaycan xalqının bacarığı ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların tarixən yaşadıqları bölgələrdə (Borçalı) Dağıstan ərazisində, o cümlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılıb.

Mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil-iqlimdir.

Azərbaycan Respublikasının ərazisindən 9 iqlim zonası keçir ki, bu da öz növbəsində bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir. Bütün bitkilərin yaşayışları və inkişafları üçün əlverişli şərait yaradır.

Bunlar isə zəngin mətbəx yaradılmasında əsas baza sayılır.

Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur.

Azərbaycan yeməkləri dadı və hazırlanması , həmçinin tünd ədviyyat və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır.

Azərbaycan milli xörəkləri qədimdə mis qazanlarda hazırlanırdı. Bu günün özündə belə bir çox kənd yerlərində mis qazanda bişirilən xörəklər daha dadlı olur. Ona görə də milli Azərbaycan mətbəxinin əşyaları (qazan, aşsüzən, tava , sini , kəfkir və s.) əsasən misdən hazırlanır.

baku-art.az


Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq

Milli  mətbəximizi  unutmayaq
Oxunma sayı : 104