az
Bütün xəbərlər

Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında “Nəsimi-650” adlı tədbir keçirilib

15-03-2019, 15:00
Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında “Nəsimi-650” adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında dahi şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Nəsimi -650” adlı tədbir keçirilib.

Tədbirdə 79 saylı tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edib.

İlk öncə kitabxananın şöbə müdiri S.Abasova və məktəbin ədəbiyyat müəllimi V.Abasova görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

Sonra şair İmadəddin Nəsimiyə həsr olunan slayd nümayiş olunub. Məktəbin VIII sinif şağirdlərinin ifasında Nəsiminin qəzəlləri səhnəcik şəklində təqdim olunub. İsmayıl Şahbazov isə Nəsimi obrazında ”Ya rəbb,nə səbəbdəndir olur taqətimiz taq” qəzəlini məharətlə ifa edib.

Sonda şagirdlərin hazırladıqları stendə və qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablara, foto-stendə baxış keçirilib.

baku-art.az

Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında “Nəsimi-650” adlı tədbir keçirilib

Suraxanı rayon MKS-nin Mərkəzi Kitabxanasında “Nəsimi-650” adlı tədbir keçirilib

Oxunma sayı : 191