az
Bütün xəbərlər

Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Prospect Music Beynəlxalq Müsabiqəsində iştirak edib

15-03-2019, 10:27
 Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Prospect Music Beynəlxalq Müsabiqəsində iştirak edib

5 – 8 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisasi üzrə gənc müəllimi Gülnar Mirzəyeva Moskva şəhərində keçirilən Prospect Music Beynəlxalq Müsabiqəsində 2 şagirdi ilə iştirak edib. 2 - ci sinif şagirdi Aslanlı Zəhra 3 - cü yerə, 3 - cü sinif şagirdi isə Kəngərli Sevil isə 2 - ci yerə layiq görülüb.

S.Kəngərli Moskva Dövlət Konservatoriyasının Raxmaninov zalında keçirilən Qala konsertdə dahi azərbaycan bəstəkarı T.Quliyevin "Göldə" pyesini ifa edərək münsiflərin və dinləyicilərin rəğbətini qazanıb.


baku-art.az


 Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Prospect Music Beynəlxalq Müsabiqəsində iştirak edib

 Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi Prospect Music Beynəlxalq Müsabiqəsində iştirak edib
Oxunma sayı : 242