az
Bütün xəbərlər

“Günay” Uşaq Teatrının ifasında "Xocalı" tamaşası nūmayiş olunub

21-02-2019, 17:29
“Günay” Uşaq Teatrının ifasında "Xocalı" tamaşası nūmayiş olunub


Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Günay” Uşaq Teatrının ifasında Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Xocalı" tamaşası nūmayiş olunub. Tamaşa Mədəniyyət Mərkəzinin və Yasamal rayon MKS-nin 4 saylı filialının birgə təşkilatçılığı ilə təqdim edillib.

Tamaşadan əvvəl Xocalı soyqırımı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tamaşanın ssenari müəllifi, şair-publisist Zərəngiz Dəmirçi Qayalı tədbiri açıq elan edərək, bu faciənin yalnız Azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən böyük bir qəddarlıq olduğunu bildirib.

Sonra İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, tamaşanin rejissoru, direktoru və bədii rəhbəri Larisa Tarusova, səhnə tərtibatçısı Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır.

baku-art.az

“Günay” Uşaq Teatrının ifasında "Xocalı" tamaşası nūmayiş olunub

“Günay” Uşaq Teatrının ifasında "Xocalı" tamaşası nūmayiş olunub

“Günay” Uşaq Teatrının ifasında "Xocalı" tamaşası nūmayiş olunub
Oxunma sayı : 232