az
Bütün xəbərlər

Nizami rayon MKS-nin 2 saylı filialı “Ana dili varlığımızdır” adlı söhbət keçirib

21-02-2019, 16:50
Nizami rayon MKS-nin 2 saylı filialı “Ana dili varlığımızdır” adlı  söhbət keçirib


Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon MKS-nin 2 saylı filialı 251 saylı tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili günü ilə əlaqədar “Ana dili varlığımızdır” adlı söhbət keçirib.

İlk öncə söhbəti filial müdiri R.Şirinova açaraq Beynəlxalq Ana Dili günü haqqında ətarflı məlumat verib. Bildirib ki, Ana dili adlandırdığımız bu dil, müqəddəs sərvətimiz, bizim qürur mənbəyimizdir.

Daha sonra söhbətdə vurğulanıb ki, dil hər bir millətin, xalqın varlığı deməkdir. Hər bir dilin özəlliyi, özünəməxsus gözəlliyi var. Doğma Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir.

Söhbətin keçirilməsində əsas məqsəd məktəb şagirdlərinə gələcəkdə hansı ölkədə yaşamalarından aslı olmayaraq öz Ana dilini, milli adət-ənənələrini unutmamağı tövsiyə etməkdir.

baku-art.az

Nizami rayon MKS-nin 2 saylı filialı “Ana dili varlığımızdır” adlı  söhbət keçirib

Nizami rayon MKS-nin 2 saylı filialı “Ana dili varlığımızdır” adlı  söhbət keçirib
Oxunma sayı : 74