az
Bütün xəbərlər

Sabunçu rayon MKS-nin 2 saylı filialı “Dilim dillər tacıdır” başlıqlı sərgi-tədbir keçirib

21-02-2019, 16:28
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Dilim dillər tacıdır” başlıqlı sərgi-tədbir keçirib


Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialı 170 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Dilim dillər tacıdır” başlıqlı sərgi-tədbir keçirib.

Söhbəti giriş sözü ilə məktəbin ədəbiyyat müəlliməsi R.Abdullayeva açaraq qeyd edib ki, müqəddəs varlığımız hesab etdiyimiz doğma Azərbaycan dilimiz ulu Vətənimiz kimi tarix boyu müxtəlif təcavüzlərə məruz qalsa da, başı minbir bəlalar çəksə də, özünəməxsusluğunu qoruyub saxlamış, nəsillərdən-nəsillərə ötürülərək yaşamışdır. Hər bir dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir.

Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yolları araşdırılarkən belə bir fakt aşkarlanır ki, İ.Həsənoğlu, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov və digər söz sənəti nümayəndələri məhz doğma Azərbaycan dili zəminində yüksəlmişlər. Onların yaradıcılığı isə Azərbaycan dilinin böyük ifadə imkanlarına gözəl nümunədir.

Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.

Sonra abonement bölməsinin müdiri S.Əliyeva sərgi qarşısında şagirdlərlə söhbət keçirib.


baku-art.az


Sabunçu rayon MKS-nin 2 saylı filialı “Dilim dillər tacıdır” başlıqlı sərgi-tədbir keçirib

Sabunçu rayon MKS-nin 2 saylı filialı “Dilim dillər tacıdır” başlıqlı sərgi-tədbir keçirib

Sabunçu rayon MKS-nin 2 saylı filialı “Dilim dillər tacıdır” başlıqlı sərgi-tədbir keçirib

Sabunçu rayon MKS-nin 2 saylı filialı “Dilim dillər tacıdır” başlıqlı sərgi-tədbir keçirib
Oxunma sayı : 59