az
Bütün xəbərlər

Nizami rayon MKS-nin uşaq şöbəsi “Böyük rus yazıçısı” adlı söhbət keçirib

21-02-2019, 14:14
Nizami rayon MKS-nin uşaq şöbəsi “Böyük rus yazıçısı” adlı söhbət keçirib


Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon MKS-nin uşaq şöbəsi rus yazıçısı Arkadi Qaydarın anadan olmasının 115 illiyi ilə əlaqədar “Böyük rus yazıçısı” adlı söhbət keçirib.

Söhbət 109 saylı tam orta məktəbdə təşkil edilib.

Söhbəti uşaq şöbəsinin əməkdaşı F.Paşayeva açaraq yazıçının həyat və yaradıcılığı haqqında ətarflı məlumat verib. Bildirib ki, Arkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olub. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verib. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olub, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər.

Qaydar altı il Qızıl ordu sıralarında xidmət edib. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olub.

Qeyd edək ki, söhbətin keçirilməsində əsas məqsəd şagirdləri yazıçılar haqqında məlumatlandırmaq və mütaliəyə həvəsləndirməkdir.

baku-art.az

Nizami rayon MKS-nin uşaq şöbəsi “Böyük rus yazıçısı” adlı söhbət keçirib

Nizami rayon MKS-nin uşaq şöbəsi “Böyük rus yazıçısı” adlı söhbət keçirib
Oxunma sayı : 46