az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin 4 saylı filialı Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir təşkil edib

21-02-2019, 14:11
Yasamal rayon MKS-nin 4 saylı filialı Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir təşkil edib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin 4 saylı filialı Telman Abbasov adına 225 saylı tam orta məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir təşkil edib.

İlk öncə kitabxana filialının müdiri Turanə Əmirova BMT-nin ali mədəniyyət qurumu olan YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilmiş Baş konfransında fevralın 21-nin Beynəlxalq Ana Dili Günü elan olunması haqqında məlumat verib.

Tədbirdə filialın böyük kitabxanaçısı Hilanə Babayeva 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşmasından, Ulu öndər Heydər Əliyevin dilimizin inkişafında göstərdiyi misilsiz xidmətlərdən söhbət açıb.

Sonra şagirdlər ana dili haqqında şeirlər söyləyiblər.Tədbirin keçirilməsində məqsəd şagirdlərin ana dilinə sevgisinin və kitaba marağının artırılmasıdır.

baku-art.az

Yasamal rayon MKS-nin 4 saylı filialı Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir təşkil edib

Yasamal rayon MKS-nin 4 saylı filialı Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir təşkil edib

Yasamal rayon MKS-nin 4 saylı filialı Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir təşkil edib
Oxunma sayı : 53