az
Bütün xəbərlər

Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi ekranlaşdırılır

21-02-2019, 09:36
Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesi ekranlaşdırılır


Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci il dönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin “Solğun Çiçəklər” pyesini ekranlaşdırır.

Peşəkar heyət tərəfindən müasir dövrə adaptasiya edilərək hazırlanan və 8 bölümdən ibarət ekran işi həftədə bir dəfə İctimai Televiziyanın efirində filmsevərlərə təqdim olunacaq.

Mart ayında ekrana çıxarılacaq filmin ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluş çurejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri YalçınVerdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.

Rollarda Xalq artisti Elxan Qasımov, Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları yer alacaqlar.

baku-art.az
Oxunma sayı : 149