az
Bütün xəbərlər

Aktauda keçirilən moda festivalında Azərbaycan da təmsil olunub

18-02-2019, 15:39
Aktauda keçirilən moda festivalında Azərbaycan da təmsil olunub


Aktauda Xəzəryanı ölkələrin gənc modelyer-dizaynerlərinin “Fella Fashion Show” adlı moda festivalı keçirilib.

Təşkil edilən festivalda Qazaxıstan modelyer dizaynerləri ilə yanaşı, Azərbaycan, Özbəkistan və Türkmənistan modelyerlərinin geyimləri nümayiş olunub.

Ölkəmizi bu festivalda gənc modelyer Zümrüd Mirzəliyeva təmsil edib.

Onun yeni yaz kolleksiyasından olan geyimləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

baku-art.az

Aktauda keçirilən moda festivalında Azərbaycan da təmsil olunub

Aktauda keçirilən moda festivalında Azərbaycan da təmsil olunub
Oxunma sayı : 150