az
Bütün xəbərlər

Sabunçu rayon MKS –nin 8 saylı filialında "Kitab-əvəzsiz sərvətdir" adlı bədii qiraət günü keçirilib

18-02-2019, 14:54
 Sabunçu rayon MKS –nin 8 saylı filialında "Kitab-əvəzsiz sərvətdir" adlı bədii qiraət günü keçirilib

Fevralın 16 –da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS –nin 8 saylı filialında "Kitab-əvəzsiz sərvətdir" adlı bədii qiraət günü keçirilib. Tədbirdə kitabxananın kiçikyaşlı oxucuları iştirak ediblər.

İlk öncə iştirakçılar kitabxanada olan uşaq ədəbiyyatı ilə tanış olublar.

Daha sonra kitabxananın əməkdaşı V.Babayeva tədbir iştirakçılarına mütaliənin əhəmiyyətindən bəhs edib. Bildirib ki, ilk növbədə mütaliə etmək üçün insanın məqsədi olmalıdır. Həmçinin düzgün və uyğun vasitələrdən istifadə edilməlidir. Sonra "Kitabı sevin-o bilik mənbəyidir" ifadəsi hər bir oxucuya ətarflı şəkildə izah edilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

baku-art.az
Oxunma sayı : 82