az
Bütün xəbərlər

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Bütün kitabsevərlərə 23 sual” adlı viktorina keçirəcək

18-02-2019, 10:30
 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Bütün kitabsevərlərə 23 sual” adlı viktorina keçirəcək

15 – 28 fevral tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar” YouTube kanalı və Facebook səhifəsi ilə birgə “Bütün kitabsevərlərə 23 sual” adlı viktorina keçirəcək.

Viktorinada bütün kitabsevərlər iştirak edə bilər.

Viktorinanın qalibləri – I yer Çingiz Abdullayevin kitabı və Fəxri fərman, II yer Kurt Davidin kitabı və Təşəkkürnamə, III yer Gülzar İbrahimovanın kitabı və Təşəkkürnamə ilə təltif olunacaqlar. Viktorinada iki həvəsləndirici mükafat da (Diplom) təqdim olunacaq.

Təltifolunma Yasamal rayon Mərkəzi Kitabxanasında keçiriləcək.

Viktorinanın cavabları arife500@mail.ru ünvanına göndərilməlidir.

baku-art.az

 Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Bütün kitabsevərlərə 23 sual” adlı viktorina keçirəcək
Oxunma sayı : 61