az
Bütün xəbərlər

Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

15-02-2019, 17:07
 Yasamal rayon Heydər Əliyev Mərkəzində  Xalq  artisti  Tofiq  Tağızadənin  100 illik yubileyi  ilə əlaqədar  tədbir  keçirilib

Fevralın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli kino rejissoru, əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Xalq artisti, kinorejissor, ssenarist Əbdül Mahmudov, Kinorejissor, kinoşünas, ssenarist, əməkdar incəsənət xadimi Ayaz Salayev, Kinooperator, əməkdar incəsənət xadimi Kənan Məmmədov, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Rafiq Əzimov, Tofiq Tağızadənin qızı Xalq artisti İranə Tağızadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, Prezident təqaüdçüsü Bakı Musiqi Akademiyasının tələbəsi Lalə İbrahimova, Milli Konservatoriyanın tələbəsi Elşən Məmmədov, Beynəlxalq Müsabiqələr laureatı fortepianoçu Nigar Hüseynzadə və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Mərkəzin “ Muzey” bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət edərək Ümummilli liderin əziz xatirəsini yad ediblər.

Xalq artisti, kinorejissor, ssenarist Əbdül Mahmudov çıxışı zamanı ömrünün 40 ilə yaxın dövrünü kino sənətində keçirən Azərbaycan kinosuna “Görüş” filmi ilə gələn Tofiq Tağızadənin kino tariximizdə özünə məxsus yeri olduğunu bildirib.

Tofiq Tağızadənin rejissoru olduğu “Dədə Qorqud” filmindən və “Arşın mal alan” filmindən fraqmentlər nümayiş olunub.

Kinorejissor, kinoşünas, ssenarist, əməkdar incəsənət xadimi Ayaz Salayev Tofiq Tağızadənin Azərbaycan tarixini, mədəniyyətini və məişətini çəkdiyi filimlərdə tamaşaçıya sənətkarcasına çatdırmağı bacaran rejissor olduğunu qeyd edib.

Kinooperator, əməkdar incəsənət xadimi Kənan Məmmədov Azərbaycanın görkəmli kinorejissoru Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında cənab Prezidentimiz İlham Əliyevin sərəncam imzalamasını Tofiq Tağızadə sənətinə yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.

Beynəlxalq Müsabiqələr laureatı fortepianoçu Nigar Hüseynzadənin müşaiyəti ilə Bakı Musiqi Akademiyasının tələbəsi Lalə İbrahimova və Milli Konservatoriyanın tələbəsi Elşən Məmmədovun ifasında “Arşın mal alan” musiqili komediyasından Gülçöhrə və Əsgərin dueti ifa olunub.

Tofiq Tağızadənin qızı xalq artisti İranə Tağızadə atası ilə olan xoş xatirələrindən bəhs edib və hər zaman unudulmayan və qəlblərdə yaşadılan atasına olan diqqətə görə təşəkkürünü bildirib.

baku-art.az

Oxunma sayı : 176