az
Bütün xəbərlər

Sabunçu rayon MKS –nin 2 saylı filialı “Sevdiyim nağıl qəhrəmanları” adlı söhbət keçirib

15-02-2019, 16:19
Sabunçu rayon MKS –nin 2 saylı filialı “Sevdiyim nağıl qəhrəmanları” adlı söhbət keçirib

Fevralın 15 –də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS –nin 2 saylı filialı 7 saylı bağçanın uşaqları ilə birlikdə “Sevdiyim nağıl qəhrəmanları” adlı söhbət keçirib.

İlk öncə sistem inzibatçısı M.Məmmədova uşaqlara Cırtdan, Göyçək Fatma, Tıq-tıq xanım, Məlikməmməd, Siçan bəy, Təpəgöz kimi nağıl qəhrəmanlarından söhbət açıb.

Sonra onlara maraqlı nağıllar oxuyaraq, uşaqların suallarını cavablandırıb. Böyüyəndə hansı nağıl qəhrəmanına oxşamaq istərdiniz sualına uşaqlar maraqlı cavablar veriblər.

Sonda nağıl qəhrəmanları bütün güclərini birləşdirərək çətin bir işin öhdəsindən gəlməyi bacarırlar. Bu isə azyaşlılara hər zaman bir-birlərinə həmrəy olmaq hissini təbliğ edir, eyni zamanda uşaqlarda kitaba maraq oyadır.

baku-art.az

Sabunçu rayon MKS –nin 2 saylı filialı “Sevdiyim nağıl qəhrəmanları” adlı söhbət keçirib

Sabunçu rayon MKS –nin 2 saylı filialı “Sevdiyim nağıl qəhrəmanları” adlı söhbət keçirib
Oxunma sayı : 96