az
Bütün xəbərlər

Rusiya kitabxanalarında Cəfər Cabbarlının120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx nümayiş olunacaq

15-02-2019, 12:23
 Rusiya kitabxanalarında Cəfər Cabbarlının120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx nümayiş olunacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-də, “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində növbəti videoçarx hazırlanıb. Videoçarx Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr olunub. Videoçarx Cəfər Cabbarlının ”Azad bir quşdum”, “Susmuş bir duyğu” mahnıları ilə müşayiət olunur və məlumatlar iki dildə (Azərbaycan və rus) təqdim edilib.

Burada “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018 ci il tarixli Sərəncamı, görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat, ədibin heykəlləri və s. öz əksini tapıb.

İzləyicilər böyük ədibin Bakı şəhərində və Xızı rayonundakı ev-muzeylərinə virtual səyahət edərək eksponatlarla tanış ola bilərlər.

Videoçarx Rusiya Federasiyasının kitabxanalarında, Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbirlərdə nümayiş olunacaq.

Layihənin ideya müəllifi Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədovadır.

Videoçarx https://www.youtube.com/watch?v=z5bpl6ibjNA&t=29s yerləşdirilib.

baku-art.az
Oxunma sayı : 73