az
Bütün xəbərlər

Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

15-02-2019, 10:49
 Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib


Fevralın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin yaranmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi İbrahimov Polad, Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova,Yasamal rayonu Müharibə,əmək və silahlı qüvvələr veteranları təşkılatının sədri Vaqif Məmmədov,Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyi Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabit heyyəti, Müharibə və Əmək veteranları əlilləri iştirak ediblər.

İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində Ulu öndər Heydər Əliyevin büstünü ziyaret edib Ümummilli liderin əziz xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova açaraq, bu dövlət qurumunun gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışını, ehtiyatda xidmətkeçməsini, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışını, xüsusi hərbi ixtisaslar üzrə hazırlığını, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını həyata keçirdiyini vurğulayıb.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Polad İbrahimov çıxışında, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarəetmə strukturunun təkmilləşdirilməsi və fəaliyyətin müasir tələblərə uyğun qurulması, infrastruktur sahələrinin genişləndirilməsi və yeni nəsil kadrların formalaşdırılması kimi vəzifələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirib.

Sonda Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyi Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, zabitlər heyyətinin formalaşmasında bu dövlət qrumunun mühüm rolu olduğunu bildirib.

baku-art.az

 Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

 Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

 Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

 Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib

 Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
Oxunma sayı : 78