az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Əliağa Vahidin doğum günü ilə əlaqədar videoçarx nümayiş etdirilib

15-02-2019, 10:44
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Əliağa Vahidin doğum günü ilə əlaqədar videoçarx nümayiş etdirilib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində qəzəlxan, şair Əliağa Vahidin doğum günü ilə əlaqədar videoçarx nümayiş etdirilib.

Videoçarxda qəzəlxanın həyat və yaradıcılığı haqqında məlumat, Ə.Vahidin fotoşəkilləri, şairin İçərişəhərdəki heykəli öz əksini tapıb.

Qeyd edək ki, videoçarx qəzəlxanın “Xilqətdə sənintək gözəlim can ola bilməz” qəzəlinin Kamran Yunisin ifasında səsləndirilməsi ilə müşayiət olunub.

Videoçarx linkdə baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=YnMnNu0mmWk


baku-art.az




Oxunma sayı : 102