az
Bütün xəbərlər

Səbail rayon MKS-nin 6 saylı filialı “Hər kəsə bir kitab’’ başlığı altında məlumat saatı keçirib

15-02-2019, 10:24
Səbail rayon  MKS-nin 6 saylı filialı  “Hər kəsə bir kitab’’  başlığı altında məlumat saatı keçirib


Fevralın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon MKS-nin 6 saylı filialı Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Hər kəsə bir kitab’’ başlığı altında məlumat saatı keçirib.

İlk öncə kitabxanaçı F.Qarayeva uşaqlara kitab haqqında məlumat verib. Qeyd edib ki, dünya əhalisi 14 fevralı Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu təqvimdə ən gənc bayramdır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhhəbət yaradan bütün insanları birləşdirir.

Bu əlamətdar günün yayılmasında müəlliflərin, bloqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayır. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır. Azərbaycanda da bu əlamətdar gün qeyd edilir, təbliğ olunur.

Bu sərgidə tədbirləri keçirməkdə əsas məqsəd uşaqlarda kitaba maraq və həvəs yaratmaqdir.

Sonda mməktəb şagirdlərinə kitablar hədiyyə edilib.

baku-art.az

Səbail rayon  MKS-nin 6 saylı filialı  “Hər kəsə bir kitab’’  başlığı altında məlumat saatı keçirib

Səbail rayon  MKS-nin 6 saylı filialı  “Hər kəsə bir kitab’’  başlığı altında məlumat saatı keçirib

Səbail rayon  MKS-nin 6 saylı filialı  “Hər kəsə bir kitab’’  başlığı altında məlumat saatı keçirib
Oxunma sayı : 60