az
Bütün xəbərlər

Yasamal rayon MKS-nin bütün filiallarında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib

15-02-2019, 10:13
Yasamal rayon MKS-nin bütün filiallarında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) daxil olan bütün filialları Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar kitab bağışlama aksiyası keçiriblər.

Uşaq yazarı Gülzar İbrahimova və kitabxananın əməkdaşları Yasamal rayon 53 saylı tam orta məktəbinə, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 №-li Respublika Xüsusi İnternat Məktəbinə, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasına, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanalarına maraqlı kitablar hədiyyə edərək, Beynəlxalq Kitab Bağışlama Günü barədə məlumat veribər.

Həmçinin kitabxananın əməkdaşları “Azərsuvenir” MMC-nin direktoru Rasim Asadyevlə görüşərək müəssisəyə, Yasamal rayon Heydər Əliyev Mərkəzinə və kitabxananın oxucularına kitablar hədiyyə ediblər.

1 saylı filialın əməkdaşları 173 saylı tam orta məktəbə, 2 saylı filialının əməkdaşları İncəsənət Gimnaziyasına, 3 saylı filialının əməkdaşları 246 saylı tam orta məktəbə, 4 saylı filialının əməkdaşları 225 saylı tam orta məktəbin kitabxanalarına kitablar hədiyyə ediblər.

Bundan başqa Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Rusiya Federasiyasının kitabxanalarına və Kiyev şəhərindəki S.Vurğun adına Kütləvi Kitabxanaya elektron kitablar hədiyyə ediblər (virtual formada).

Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi kitabxanası Yasamal rayon Mərkəzi Kitabxanasına kitablar hədiyyə edib.

baku-art.az

Yasamal rayon MKS-nin bütün filiallarında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib

Yasamal rayon MKS-nin bütün filiallarında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib

Yasamal rayon MKS-nin bütün filiallarında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib

Yasamal rayon MKS-nin bütün filiallarında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib

Yasamal rayon MKS-nin bütün filiallarında Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı aksiya keçirilib
Oxunma sayı : 111