az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli "Azərbaycanı tanıyaq" adlı daimi sərgi təşkil olunub

14-02-2019, 12:19
 Xəzər rayon MKS-nin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli "Azərbaycanı tanıyaq" adlı daimi sərgi təşkil olunub

Fevralın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli "Azərbaycanı tanıyaq" adlı daimi sərgi təşkil olunub.

Sərgidə müxtəlif illərdə azərbaycan, rus, ingilis dillərində nəşr olunmuş ölkəmizin ictimai-siyasi, mədəniyyət, incəsənət, etnoqrafiya və tarixini özündə əks etdirən kitablar nümayiş etdirilib.

Qeyd edək ki, Qala Beynəlxalq Turizm Mərkəzinin ərazisində yerləşən və inzibati binası yerli əhəmiyyətli memarlıq abidəsi kimi İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən qorunan kitabxana binası hər zaman Qala qoruğu ərazisində sərbət ekskursiya edən rəsmi və qeyri-rəsmi əcnəbi qonaqların böyük marağına səbəb olub və onlar binanın arxitekturasının gözəlliyinə, kitabların xüsusi zövqlə düzülüşünə, ümumən interyerin maraqlı və gözəl tərtib olunmasına heyran qalıblar. Belə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı şəhərimizin qonaqları Qala qoruğunda qonaq olarkən yolüstü kitabxanaya təşrif buyurur və burada kitablarla müxtəlif foto çəkilişlər edirlər. 2012-ci ildə beynəlxalq "Avroviziya" müsabiqəsi ərəfəsində Avropa ölkələrindən gəlmiş 50 nəfərdən çox əcnəbi turist və Alma-Ata televiziyasının əməkdaşları kitabxana binasının daxili gözəlliyinə valeh olduqlarını bildirmiş və hər zaman ölkəmizə gəldikdə mütləq yenidən bura gələcəklərini demişlər. Hal-hazırda da Qala qoruğunda sərbəst gəzinti edərək tarixi abidələrimizlə yaxından tanış olan əcnəbi rəsmi və qeyri-rəsmi qonaqlar mütləq kitabxana binasına da baş çəkirlər və ölkəmiz haqda müfəssəl məlumat alaraq göstətilən qonaqpərvərliyə görə dəfələrlə təşəkkür edirlər.

"Azərbaycanı tanıyaq" adlı kitab sərgisi kitabxananın qədimi üslubda olan üçüncü tağ otağında xarici dillərdə nəşr olunmuş kitablardan ibarət otaqda daimi olaraq sərgilənəcəkdir.

baku-art.az

 Xəzər rayon MKS-nin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli "Azərbaycanı tanıyaq" adlı daimi sərgi təşkil olunub

 Xəzər rayon MKS-nin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli "Azərbaycanı tanıyaq" adlı daimi sərgi təşkil olunub

 Xəzər rayon MKS-nin 6 saylı filialında əcnəbi turistlər üçün məlumat xarakterli "Azərbaycanı tanıyaq" adlı daimi sərgi təşkil olunub
Oxunma sayı : 153