az
Bütün xəbərlər

Xalq artisti Elza İbrahimovaya həsr olunmuş “Mahnılar” adlı musiqi əsərlər toplusunun təqdimatı keçirilib

12-02-2019, 10:15
Xalq artisti Elza İbrahimovaya həsr olunmuş “Mahnılar” adlı musiqi əsərlər toplusunun təqdimatı keçirilib


Bakı Kitab Mərkəzində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Elza İbrahimovaya həsr olunmuş “Mahnılar” adlı musiqi əsərlər toplusunun təqdimatı keçirilib.

Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova çıxış edərək bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib, zəngin musiqi irsindən danışıb.

Qeyd edilib ki, sənətkarın bəstələri Rəşid Behbudov, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Sara Qədimova, Akif İslamzadə, Gülağa Məmmədov, Flora Kərimova kimi Azərbaycan musiqi mədəniyyətinin ən sevilən və korifey sənətkarları tərəfindən ifa olunub.

Gecənin musiqili hissəsində Elza İbrahimovanın əsərləri səsləndirilib. Xalq artisti Fidan Hacıyevanın ifasında pianoçu Şahin Yəhyazadənin müşayiəti ilə bəstəkarın “Mehribanım” mahnısı, Xalq artisti Gülyanaq Məmmədovanın ifasında “Bilməzdim”, “Gedək üzü küləyə” mahnıları, Azərbaycan Dövlət Triosu (Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (violin), Səbinə İbrahimova (çello)) ifasında “Fortepiano triosu”nun birinci hissəsi dinlənilib.

Sonra respublika və beynəlxalq müsabiqələrin laureatları, pianoçu Vüsal Aydəmirov və tarzən İbrahim Babayev “Rekviyem”, Əməkdar artist Sevda Ələkbərzadə “Sən yadıma düşəndə” mahnılarını ifa ediblər.

baku-art.az

Xalq artisti Elza İbrahimovaya həsr olunmuş “Mahnılar” adlı musiqi əsərlər toplusunun təqdimatı keçirilib

Xalq artisti Elza İbrahimovaya həsr olunmuş “Mahnılar” adlı musiqi əsərlər toplusunun təqdimatı keçirilib

Xalq artisti Elza İbrahimovaya həsr olunmuş “Mahnılar” adlı musiqi əsərlər toplusunun təqdimatı keçirilib
Oxunma sayı : 89