az
Bütün xəbərlər

Ş.Ələkbərova adına Mədəniyyət evi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib

11-02-2019, 16:43
 Ş.Ələkbərova adına Mədəniyyət evi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib

Fevralın 11 – də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ş.Ələkbərova adına Mədəniyyət evi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

İlk öncə tədbiri giriş sözü ilə Mədəniyyət evinin direktoru Cabar Süleymanov açaraq, Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı və onun Azərbaycan ədəbiyyatının mədəni sərvətlər xəzinəsinə misilsiz töhvələr verməsi haqqında məlumat verib.

Daha sonra Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü yazıçı dramaturq Arzu Hacızadə “ Cəlil Məmmədquluzadənin satirasının demokratik məzmunda inkişaf yolları ” mövzusu ilə çıxış edərək C. Məmmədquluzadənin dram və əsərlərinin özündə milli, ümumbəşər dəyərlərini əks etdirməsindən və “ Molla Nəsrəddin “ jurnalının nəşrinə başlamaqla Azərbaycanda və eləcə də turk müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyması haqqında danışıb.

Mədəniyyət evinin bədii rəhbəri G.Musayeva “Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının inkişafında rolu" mövzusunda çıxış edib.

Sonda Mədəniyyət evinin “ Xaqani” poeziya sevərlər həvəskar birliyinin üzvləri Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət ədəbi- bədii kompozisiya təqdim ediblər.

baku-art.az

 Ş.Ələkbərova adına Mədəniyyət evi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib

 Ş.Ələkbərova adına Mədəniyyət evi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirib
Oxunma sayı : 102