az
Bütün xəbərlər

Qaradağ rayon MKS-nin 5 saylı filialında Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin 55 illik yubileyi ilə əlaqədar məlumat saatı keçirilib

11-02-2019, 15:46
 Qaradağ rayon MKS-nin 5 saylı filialında Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin 55 illik yubileyi ilə əlaqədar məlumat saatı keçirilib

Fevralın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon MKS-nin 5 saylı filialında Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu Təbriz Xəlil Rza oğlu Xəlilbəylinin 55 illik yubileyi ilə əlaqədar məlumat saatı keçirilib.

İlk öncə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra kitabxanın əməkdaşı Azərbaycanın Milli Qəhrəmanı haqqında ətraflı məlumat verib.Bildirib ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində doğulub. 1991-ci ildə könüllü olaraq cəbhəyə yola düşüb. Dağlıq Qarabağın Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, 31 yanvar 1992-ci ildə qəhrəmanlıqla həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Sonra Milli Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən video-çarx nümayiş etdirilib.

baku-art.az

 Qaradağ rayon MKS-nin 5 saylı filialında Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin 55 illik yubileyi ilə əlaqədar məlumat saatı keçirilib

 Qaradağ rayon MKS-nin 5 saylı filialında Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin 55 illik yubileyi ilə əlaqədar məlumat saatı keçirilib
Oxunma sayı : 106