az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxana Sistemində “Kitab sizin üçün nədir ?” adlı sorğu keçirilib

11-02-2019, 15:12
 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxana Sistemində  “Kitab sizin üçün nədir ?” adlı sorğu keçirilib

Fevralın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi Kitabxana Sistemində kiçikyaşlı məktəblilərlə “Kitab sizin üçün nədir ?” adlı sorğu keçirilib.

Sorğunun keçirilməsində əsas məqsəd uşaqların kitaba aid fikirlərinin öyrənilməsi, kitab oxumağa həvəsin dahada artırılmasıdır. Sorğuda iştirak edən şagirdlər düşüncələrini yazılı qeyd ediblər.

Qeyd edilib ki, kitabxanada gələcəkdə də, bu və ya başqa tip sorğuların keçirilməsi nəzərdə tutulur.

baku-art.az
Oxunma sayı : 75