az
Bütün xəbərlər

Xəzər rayon MKS-nin 7 saylı filialına ziyarət təşkil edilib

11-02-2019, 14:56
Xəzər rayon MKS-nin 7 saylı filialına ziyarət təşkil edilib

Fevralın 8-də 124 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri və sinif rəhbəri Könül müəllimə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin 7 saylı filialına ziyarət təşkil ediblər.

İlk öncə şagirdlər kitabxana ilə tanış olublar.Sonra kitabxana müdiri L.Sadıxova kitabxana haqqında ümumi məlumat verib. Sonda şagirdlər kitabxanaya üzv olaraq müxtəlif mövzularda kitablar götürüblər.

baku-art.az

Xəzər rayon MKS-nin 7 saylı filialına ziyarət təşkil edilib
Oxunma sayı : 113